Dede Gorgud Park
əsas səhifə
Alternativ Enerji

Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən və islahatlar aparılan iqtisadiyyatıdır. Ölkəmiz regionda liderə çevrilməkdədir. Bütün bunlar uzaqgörən siyasətin nəticəsidir.

Bu uzaqgörənlik, nəinki iqtisadiyyatın, eyni zamanda, enerji mənbələrinin diversifikasiyasında özünü göstərə bilər. Neft və qaz hasil edən Azərbaycanın alternativ enerji istehsalına sərmayə qoyması bu ölkənin ətraf mühitin qorunmasına ciddi yanaşmasını sübut edən faktorlardan biridir.

ADA Universiteti ilk dəfə olaraq bu regiona “yaşıl” kampus layihəsini gətirmişdir və hazırda həmin layihəni həyata keçirməkdədir. Dədə Qorqud parkının bir hissəsi olan bu layihədə geotermal enerji, külək enerjisi, yağış suları və günəş enerjisindən istifadə olunacaqdır.

Bakı küləklər şəhəridir. Bu səbəbdən, külək turbinlərindən əldə edilmiş enerjidən istifadə etmək təklif olunur. Estetik dizayna malik olan külək turbinlərinin dirəklər üzərində qurulması nəzərdə tutulmuşdur. 10 külək turbininin Qayıqçı gölü ətrafında, 6 turbinin isə ADA kampusunun girişinin yaxınlığındakı Vaqif prospektində yerləşdirilməsi layihələndirilmişdir.

Geotermal enerji istehsal edən sahə Cıdır Düzünün altında yerləşəcəkdir. Bakıda su qıtlığını nəzərə alaraq, parkın suvarılması məqsədləri üçün yağış suyundan təkrar istifadə nəzərdə tutulmuşdur.

updown