Dede Gorgud Park
əsas səhifə
Tarix və Memarlıq

Dədə Qorqud parkının əsası Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qoyulmuşdur. Parkdakı gələcək Kitabi Dədə Qorqud abidəsinin təməl daşını ulu öndər Heydər Əliyev qoymuşdur.

2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitabi Dədə Qorqud abidəsinin konsepsiyası ilə bağlı müsabiqə keçirmişdir. Həmin müsabiqədə Amerika Birləşmiş Ştatlarının iki böyük memarlıq şirkəti: EDAW İnc. və Einhorn, Yaffee Prescott şirkətləri iştirak etmiş və nəticədə qalib elan olunmuşlar.

Beynəlxalq nüfuza malik olan bu iki memarlıq şirkətini qalib edən konsepsiyanın əsasını yalnız bir abidə deyil, ümumilikdə parkın yenidən qurulması təşkil etmişdir. Dədə Qorqud ozan olmuşdur, dastanlar və rəvayətlər söyləmişdir. Dədə Qorqud Parkı da ozandır. Bu park hekayə söyləyir. Həmin hekayə azərbaycanlılıq və Azərbaycanın irsi barəsindədir. Dədə Qorqud Parkı Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayiş meydanı olacaqdır.

2008-ci il ərzində parkın layihə sənədləri beynəlxalq nüfuzlu memarlıq və dizayn şirkəti EDAW İnc. tərəfindən işlənib hazırlanmışdır.

Bu şirkət yüzlərlə beynəlxalq mükafatların sahibidir. Yetmiş ildən çox təcrübəyə malik olan EDAW dizayn, planlaşdırma, ətraf mühitə məsuliyyətli yanaşma, strateji planlaşdırma və iqtisadi inkişaf faktorlarının vəhdətinə əsaslanan, tanınmış beynəlxalq layihələrin müəllifidir. Dünyanın müxtəlif ölkələrində 34 ofisi olan bu şirkətdə 1800-dən çox peşəkar memar çalışır. Məhz buna gərə də EDAW-nın layihələrə yanaşması geniş və özünəməxsusdur. EDAW eyni zamanda AECOM şirkətlər qrupunun üzvüdür və mühəndislik, proqramlaşdırma və tikintinin idarəedilməsi kimi sahələrdə də səriştəyə malikdir. Bu şirkət haqqında ətraflı məlumatı onun internet saytından almaq olar. www.edaw.com

EDAW Team

Qarşı cərqə: Vu Zetau, David Bennett (Layihə meneceri), Marşa Li (direktor), Zanq Yinq, Tao Manqinq, Lindsey Reul
Arxa cərqə: Qu Yidinq, Filip Benenati, Kreyq Şmit, Con Prison
(Keyfiyyətə Nəzarət üzrə direktor) Maykl Keysi (şəkildə yoxdur)

updown