Dede Gorgud Park
əsas səhifə
Parkın planı

İncəsənət bağı

İncəsənət bağı Azərbaycanın musiqi, ədəbi və incəsənət irsinə həsr olunub. Bu bağın əsas xüsusiyyəti Qayıqçı gölünün ətrafında ucaldılacaq abidələrdir. Həmin abidələr Azərbaycanın görkəmli rəssamları, bəstəkarları, şair və yazıçılarına ucaldıla bilər.

Gölün ətrafı gözəl mənzərəyə malik olacaq, belə ki, göl boyunca bu abidələrlə yanaşı estetik dizayna malik olan külək turbinləri düzüləcəkdir. Bu turbinlər parkın işıqlandırılması və digər məqsədlər üçün külək enerjisi yaradacaqdır. Qayıqçı gölündən Əli və Nino adasına daşlı körpü salınacaqdır. Parkın ziyarətçiləri İncəsənət Talvarının kölgəsi altında gəzə, otura və dincini ala biləcəklər.

Gölün şimal hissəsindəki ərazi gələcəkdə salınacaq “Yeni Səhnə” kompleksi üçün nəzərdə tutulmuşdur. Ədəbi-bədii tədbirlər keçiriləcək bu səhnə kompleksi iki mərtəbədən ibarət olacaq. Kompleksdə incəsənət qalereyası da yerləşəcək və bu qalereyada Azərbaycandan və digər ölkələrdən gətirilmiş fotoşəkillər, rəsm əsərləri və əl işləri sərgiyə qoyulacaqdır. Səhnə kompleksinə kamera musiqi zalı və kokteyl otağı, mətbuat mərkəzi, kitab mağazası, əl işləri və muzey mağazası və kiçik kinoteatr da daxil olacaqdır. ADA-nın auditoriyaları nüfuzlu qonaqların mühazirələri üçün nəzərdə tutulduğu kimi, Yeni Səhnə kompleksi də konfrans və diplomatik qəbullar üçün nəzərdə tutulmuşdur. İctimaiyyətin əyləncəli vaxt keçirməsi üçün bu kompleks ideal yer olacaqdır.

Muzeyin şimalındakı geniş otluq ərazidə ziyarətçilərin diqqətini çəkən ilk mənzərə Qobustan mağarası olacaqdır. Bu mağara şəlalənin arxasında yerləşəcək və buraya yalnız şəlalədən keçən daş pilləkənlə getmək mümkün olacaq. Onun qərb hissəsində isə açıq hava tədbirləri üçün nəzərdə tutulmuş amfiteatr yerləşəcəkdir.Mağaranın şərq hissəsində - əvvəlki Şimal stansiyasının dövrəsində isə Uşaqlar üçün nəzərdə tutulmuş Sehrli Dünya yerləşəcək. Şimal stansiyasındakı çay bağı Poeziya Plazası və Talvarı ilə dövrəyə alınacaqdır.

Küləklər şəhəri promenadası
Qayıqçı gölünün ətrafında estetik dizaynlı külək turbinləri qurulacaqdır. Bu turbinlərin yaratdığı enerjidən parkın işıqlandırılması və digər məqsədlər üçün istifadə ediləcəkdir.

Novruz Talvarı
Bu talvarlıq Novruz bayramının ən gözəl adətlərinə həsr olunacaqdır.

Abidələr Xiyabanı
Bu xiyaban Qayıqçı gölünün ətrafında salınacaqdır və xiyabanda 12 abidə ucaldılacaqdır. Bu abidələr Azərbaycanın tanınmış musiqi, ədəbi və incəsənət xadimlərinə həsr edilə bilər.

Qayıqçı gölü və Əli və Nino Adası
Bu adaya yol ancaq piyadalar üçün inşa edilmiş daş körpüdən olacaqdır. Bu ada Yeni Səhnə kompleksinin yaxınlığında sakit, xəlvəti bir guşə olacaqdır və pakın gözəlliyinə əlavə rəng gətirəcəkdir.

Yeni Səhnə Kompleksi
Bu iki mərtəbəli kompleks ədəbi-bədii tədbirlər üçün nəzərdə tutulmuşdur. Bu kompleksdə qalereya, kamera musiqisi zalı, kokteyl otağı, mətbuat mərkəzi, kitab mağazası, antik mallar və muzey mağazası və kiçik kinoteatr yerləşəcəkdir.

Cənub terrası
Cənub terrası Yeni Səhnə kompleksi ilə Qayıqçı gölü arasında açıq ərazidir. Bu ərazidən Qayıqçı gölünü və gölün arxasında yerləşən Akademiyanı görmək mümkün olacaqdır. Bu ərazi rəsmi və qeyri-rəsmi diplomatik yığıncaqların keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Şimal terrası
Bu terrasdan Elipsvari bağın çox gözəl mənzərəsi açılacaqdır.

İncəsənət talvarı
Bu talvarlıq Cənub Terrasının əvvəlində və sonunda yerləşəcək. Azərbaycanın görkəmli incəsənət və musiqi xadimlərinə həsr olunan bu yer onların bəzi əsərlərini nümayiş etdirəcəkdir.

Elipsvari bağ
Bu bağ otluq çəmənlikdən ibarət formal bağdır.

Amfiteatr
Amfiteatr parkın şimal-şərqində yerləşəcəkdir və otluq üzərində yerləşdirilmiş oturacaqlar daşdan olacaqdır.

Qobustan Macəralar bağı
Qobustan qayalığı
Qobustan mağarası

Qobustan macəralar bağında daş mağara vardır. Bu mağaradakı Qobustan qayalığına gedən yol daş pilləkəndir və bu pilləkən şəlalədən keçir. Mağara elə qurulacaqdır ki, həm böyüklər, həm də uşaqlar müxtəlif yerlərdən mağaranı tam görə bilsinlər.

Sehrli Dünya
Bu bağda uşaqlar üçün nəzərdə tutulmuş Sehrli Dünya da yerləşəcəkdir. Bu sehrli dünya əyləncə mərkəzindən ibarətdir.

Poeziya talvarı
Bu talvarlıq da daş və ağacdan düzəldilmişdir və ziyarətçilər meynələrin kölgəsində otura, dincələ və parkı seyr edə biləcəklər. Bu talvar, xüsusi olaraq, Azərbaycan ədəbiyyatının incilərinə həsr olunacaqdır.

updown